"Napoli"dən Di Mariyaya 40 milyon avro
"Napoli" klubu Madrid "Real"ının yarımmüdafiəçisi Anxel di Mariyanı transfer etməkdə israrlıdır.

Neapol təmsilçisi argentinalı futbolçunun transferi üçün yenidən "Real"a müraciət edib.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro təklif etməyə hazırlaşır. Lakin "Real"ın baş məşqçisi Karlo Ançelotti təcrübəli futbolçunu komandada saxlamaq niyyətindədir. Mövsümün sonunda Di Mariyanın hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm keçirdiyi 31 oyunda 4 qol vurub və 14 məhsuldar ötürmə verib.

Xəbər 1020 dəfə oxundu.