Bu həftə "Mançester Yunayted"ə baş məşqçi təyin oluna bilər
Hollandiya millisinin çalışdırıcısı Lui van Qal bu həftə "Mançester Yunayted"in baş məşqçisi təyin oluna bilər.

Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Hollandiyalı mütəxəssislə müqavilənin müddətinin 3 ildən artıq olmayacağı gözlənilir. Van Qalın köməkçilərinin Patrik Klüvert və komandanın oyunçu-məşqçisi Rayan Giggsin olacağı bildirilir.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis "Mançester Yunayted"in baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Devid Moyesi əvəzləyəcək.

Xəbər 819 dəfə oxundu.