Kleq İlk Avropa Oyunları Əməliyyat Komitəsində yüksək vəzifəyə təyin edilib
Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru Saymon Kleq aprelin 28-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru vəzifəsinə təyin edilib.

O bu vəzifədə baş icraçı direktor Cim Şerri əvəz edib. Avropanın ilk çox növlü idman tədbirində Avropa Olimpiya Komitəsində (AOK) birləşmiş 49 ölkədən 19 idman növündə yarışacaq 6 mindən çox atlet iştirak edəcək. Tədbir üçün 65 min tamaşaçı yeri olan Olimpiya stadionu, Milli Gimnastika Arenası (artıq hazırdır), eləcə də Su İdmanı Kompleksi və Atıcılıq Mərkəzi də daxil olmaqla yeni müasir idman obyektləri inşa edilir. Doqquz mindən çox idmançı və rəsmi şəxs Olimpiya stadionuna piyada qət olunan məsafədə yerləşən Atletlər Kəndində yerləşdiriləcək.
Tədbiri keçirmək hüququna malik AOK-un hazırda Avropa Oyunları üzrə icraçı direktoru olan S.Kleq bu həftə Bakıya gələcək. O, özünün idarəetmə şirkəti “Zeus İnternational Mangement” vasitəsi ilə hazırda yerinə yetirdiyi bütün digər məsləhət müqavilələrini ləğv edəcək. S.Kleqin əvvəlki iş təcrübəsinə 12 Yay Olimpiya və Qış Olimpiya Oyunlarında Böyük Britaniyanın atletlər komandasına rəhbərlik, Bat şəhərində Avropa Gənclərinin Olimpiya Festivalında baş icraçı direktor və Afina-2004 Yay Olimpiya Oyunlarının Operativ İşçi Qrupunda Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təyin edilmiş ekspert vəzifəsi daxildir. Eyni zamanda, S.Kleq tender üzrə direktor olmazdan əvvəl 2012-ci il Olimpiya Oyunları ilə bağlı tenderdə iştirak etmək üçün Britaniya Hökumətini və London Merini inandırmaqdan ötrü siyasi və piyar kampaniyalara rəhbərlik edib və sonra direktor kimi Olimpiya Oyunlarının London Təşkilat Komitəsinin idarə heyətinə qoşulub.

Təyinat ilə bağlı rəyini bildirən Azərbaycan gənclər və idman naziri, BAOƏK-in icraçı direktoru Azad Rəhimov deyib: “Mən şadam ki, Saymon bu təzə vəzifəni tutmağa razılıq verib. Onun təşkilata rəhbərlik etmək üçün lazımi qabiliyyəti və təcrübəsi vardır. Belə ki, biz planlaşdırma mərhələsindən əməliyyatların icrası rejiminə keçirik və açılış mərasiminədək 14 ay qalır. Son doqquz ay ərzində o, Avropa Olimpiya Komitəsini təmsil edərkən biz onunla sıx əməkdaşlıq şəraitində işləməkdən məmnunluq duymuşuq və mən əminəm ki, Avropada ən yaxşı atletlər üçün gözəl bir yarış keçirəcəyik”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib: “Saymon bizim icraçı direktorumuz olduğu son doqquz ay ərzində ilk Avropa Oyunlarının uğurlu icrasına böyük kömək göstərib. Onun Təşkilat Komitəsinin funksiyalarını dərindən bilməsi və başa düşməsi ilə birləşən rəhbərlik və idarəetmə təcrübəsi S.Kleqin Avropa Oyunlarında yeni yüksək vəzifəyə seçilməsinə səbəb olub. Öz qitəmizdən say-seçmə atletlər üçün cəlbedici və innovativ yarışların keçirilə bilməsini təmin etmək məqsədilə biz Saymon ilə birlikdə işləməyi davam etdirəcəyimizə ümid bəsləyirik. Bakı-2015-in real irisi Avropa Oyunlarının gələcək variantları üçün davamlı bir model olacaqdır”.

S.Kleq bildirmişdir: “Əməliyyat Komitəsində bu yeni vəzifəni tutmaq üçün Azərbaycanın Gənclər və İdman Naziriliyi tərəfindən dəvət olunduğuma görə sevincimin həddi-hüdudu yoxdur. BAOƏK-də çox gözəl mövcud bir kollektiv vardır və son doqquz ay ərzində mən onların çoxu ilə birlikdə işləmişəm və bilirəm ki, biz birlikdə Azərbaycan xalqının, Avropa Olimpiya ailəsinin və ən əsası da Avropa atletlərinin qurur duya biləcəyi bir yarışı keçirəcəyik. Hər hansı ilk yarış fərqli bir şey yaratmaq üçün gözəl imkan açır və bizim arzumuz Bakı şəhərində yer kürəsinin ətrafında kontinental idman yarışlarının ön hissəsində Avropa Oyunlarını yaratmaqdır”.


Xəbər 705 dəfə oxundu.