Siyəzəndə rayon birinciliyi keçirilib
24-25 aprel tarixlərində Siyəzən rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Gənclər mərkəzində dama üzrə 10-14 yaşlı yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 40 nəfər yeniyetmənin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda dama idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə maraqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili və dama oyunu üzrə rayonun ən güclülərinin müəyyənləşdirilməsi olub.

İki gün davam etmiş yarışın qalibi Anar Cəfərov olub. Ikinci və üçüncü yerlərə Kamran Əsədov və Səid Şərifov layiq görülüblər.
Sonda qaliblər fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 1318 dəfə oxundu.