"Atletiko"dan iki yeni rekord
İspaniya La Liqasının lideri "Atletiko" klub tarixindəki rekordu yeniləyib.

Madrid təmsilçisi "Valensiya" ilə görüşdə qalib gələrək xallarının sayını 88-ə yüksəldib.

Dieqo Simeonenin komandası bu nəticəylə klubun son çempion olduğu- 1995/1996 mövsümündə topladığı xal rekordunu qırıb. O zaman "Atletiko" 87 xalla La Liqanı qazanmışdı. Madrid təmsilçisi yarışın bitməsinə üç tur qalmış yeni rekord qıraraq tarixə düşüb.

Qeyd edək ki, "Atletiko" bu mövsüm 55 rəsmi matçda 110 qol vuraraq daha bir yeni rekord müəyyənləşdirib.

Xəbər 770 dəfə oxundu.