Mini futbol üzrə rayon final mərhələsi keçirilib
Xəzər rayon Gənclər və İdman idarəsi rayon məktəbliləri аrasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ еtmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını, оnların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin еtmək, istedadlı yeniyetmə və gəncləri aşkar еtmək məqsədilə oğlanlar arasında ХХVI Spartakiadanın mini futbol növü üzrə rayon final mərhələsi keçirilib.

237 saylı tam orta məktəbin idman bazasında, rayon final mərhələsində 5 məktəb 60 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə birinci yerə 117, ikinciyə 230, üçüncüyə 183 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1003 dəfə oxundu.