“Sərhəd” hərbi idman oyununun Astara rayon turu
Aprelin 25-də Astara Sərhəd Komendantlığında Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Lənkəran Sərhəd Dəstəsi, Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdarəsi birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilib.

Yarışda 9 komanda 45 nəfər məktəbli, 9 nümayəndə, 3 nəfər hakimlər heyyəti iştirak edib.

Yarışda “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi”, “Kəndirdartma”, “Nəqliyyat vasitələrinə baxışın təşkili” mərhələləri üzrə komandalar mubarizə aparıblar.

Birinci, ikinci və üçüncü yerlərə müvavafiq olaraq Artupa kənd, Təngərüd kənd və Şəhər 2 saylı tam orta məktəb komandaları layiq görülüblər.

Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.

Rayon turunun qalibi - Artupa kənd tam orta məktəbin komandası 2014-cü ilin may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.

Xəbər 1182 dəfə oxundu.