“Tour de Bretagne”da 3-cü mərhələ
Fransada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşü davam edir. 22 komandanın mübarizə apardığı yarışın 3-cü mərhələsində iştirakçılar 141,1 km məsafə qət ediblər.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Markus Eybeger imza atıb – o, finişi mərhələ qalibindən 10 saniyə gec keçməklə 5-ci olub – 3 saat, 25 dəqiqə, 6 saniyə.

3-cü mərhələ inamlı çıxışı Eybegerə ümumi təsnifatda irəliləməyə kömək edib. Ondi o liderdən 54 saniyə geri qalmaqla 9-cu yerdədir. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 189 km məsafə qət edəcəklər.

Xəbər 770 dəfə oxundu.