Millimiz Almaniya klubunu məğlub etdi
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, SV "Wehen Wiesbaden" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız Nadir Qasımov və Renat Dadaşovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 828 dəfə oxundu.