“Samur” bu həftəni də lider kimi başa vurdu
Yola saldığımız həftənin şənbə və bazar günləri otüstü hokkey üzrə 15 və 17 yaşınadək hokkeyçilər arasında Azərbaycan birinciliyinin oyunları keçirilib. 17 yaşınadək hokkeyçilər III tur çərçivəsində, 15 yaşlılar isə 2-ci turun oyunlarında meydana çıxıblar.

17 yaşlıların “A” qrupuna daxil olan “Gəncə” və “Atasport-Binə” komandalarının görüşündə gəncəlilər 1:8 hesabı ilə uduzublar. “Atasport”(Sumqayıt) - “Şəki”matçında isə Sumqayıt hokkeyçiləri rəqiblərini 9:0 hesabı ilə məğlubiyyətə uğradıblar.

Bu qrupda 3 turdan sonra yüzfaizli nəticə göstərən “Atasport”(Sumqayıt) 9 xalla vahid liderdir. “Atasport-Binə” 6 xalla II, rəqibindən 3 xal az toplayan “Gəncə” komandası isə III yeri tutur. Keçirdikləri 3 oyunun hamısında məğlub olan Şəki hokkeyçiləri sonuncu yerdə qərarlaşıblar.

Masallı şəhər stadionunda isə “B” qrupunda yarışan yerli “Olimp” komandası Lənkəran hokkeyçiləri ilə heç-heçə oynayıb-0:0.

Hərəyə 4 xal toplayan “Olimp”(Masallı) və “Xəzər”(lənkəran) komandaları “B” qrupunda yarış cədvəlinin önündədirlər. Astara hokkeyçiləri isə keçirdikləri hər 2 oyunda uduzaraq qrup sonuncusudurlar.

15 yaşınadək oğlanlar arasında II tur çərçivəsində keçirilən oyunlar belə nəticələnib:

“A” qrupu - “Şəmkir” – UGİM(Binəqədi) -3:0

“Akkord”(Sumqayıt)- “Gəncə”- 4:1

Bu qrupda keçirdiyi hər 2 oyunu qələbə ilə başa vuran “Akkord” komandası 6 xalla vahid liderdir. Şəmkir və Cəncə hokkeyçiləri 3 xalla müvafiq olaraq II-III yerləri tuturlar. UGİM(Binəqədi) komandası keçirdiyi hər 2 oyunda məğlubiyyətə uğrayıb.

“B” qrupu- “Şahdağ” (Qusar) – “Atasport-Binə”- 1:0

“Olimp”(Masallı) – “Göytəpə”(Cəlilabad) – 0:6

Qusar təmsilçiləri keçirdikləri hər 2 görüşü qələbə ilə başa vuraraq 6 xalla qrupun yarış cədvəlinə başçılıq edirlər. “Göytəpə” və“Atasport-Binə” komandaları 3 xalla 2-ci və 3-cü yerləri tuturlar. “Olimp” isə hər 2 oyunda məğlub olaraq qrup sonuncusudur.

Bazar günü qadın otüstü hokkeyçilərin ölkə çempionatında da III turun oyunları keçirilib. İlk olaraq meydana “Bakı” və “Sumqayıt” komandaları çıxıb. Həmin görüşdə paytaxt təmsilçiləri qonaqları 10: 0 hesabı ilə məğlubiyyətə uğradıblar. Rəqib qapısından topları Rəna Mehdiyeva(4), Xalidə Zeynalova(3), Emiliya Xudiyeva, Aqata Mejinskaya və Ləman Cabbarova keçiriblər.

“Atasport-2” və Qusarın “Samur” komandalarının görüşünün maraqlı keçəcəyi gözlənilsə də paytaxt hokkeyçiləri lideri 6:2 hesabı ilə məğlub etməyi bacarıblar. “Atasport-2” komandasının oyunçularından Emiliya Həsənova(2), Nərmin Fərmanova, Jalə Qibləliyeva, Ceyhunə Məhərrəmova və Səbinə Hüseynova fərqləniblər. Qusar hokkeyçisi Günay İsmayılova isə cavab toplarını vurub.

Otüstü hokkey üzrə ölkə çempionatı və birinciliklərində növbəti turun oyunları aprelin 30-da, mayın 3-də və 4-də keçiriləcək.

Xəbər 2034 dəfə oxundu.