Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək
Aprelin 29-dan mayın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Sahib Məmmədov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev və Ramil Əliyev dəvət olunublar.

Xəbər 815 dəfə oxundu.