"Çelsi"də daha bir itki
"Çelsi" daha bir ciddi itki ilə üzləşib.

İngiltərə Futbol Federasiyası London klubunun futbolçusu Ramiresi cəzalandırıb. O, Premyer liqada "Sanderlend"lə görüşdə rəqibin futbolçusu Sebastyan Larssonu üzünə zərbə vurduğu üçün dörd oyun komandasına kömək edə bilməyəcək.

Qeyd edək, Ramiresin bu hərəkətini qarşılaşmanın hakimi görməsə də, futbol federasiyası matçın videoyazısını izləyib və oyunçunun bu xoşagəlməz hərəkəti etdiyi görülüb.

Xatırladaq ki, "Çelsi"də Peter Çex və Con Terri də zədə səbəbindən sıradan çıxıb.

Xəbər 861 dəfə oxundu.