Phelps üzgüçülüyə qayıdış səbəbini açıqladı
Yenidən üzgüçülüyə qayıdan Michael Phelps bu qərarının arxasındakı səbəbi açıqlayıb.

İdman.com.az saytının məlumatına görə, olimpiya çempionu yarışlara dönməsinin ən əsas faktorlardan birinin kilo problemi olduğunu söyləyib.

28 yaşlı idmançı parlaq karyerası boyunca 18 olimpiada qızılı qazanıb.

Olimpiya oyunları tarixinin ən çox qızıl medal qazanan idmançısı ünvanını əlində saxlayan Phelps üzməyi sevdiyini və başqalarından heç nə gözləmədiyini bildirib.

Qeyd edək ki, yenidən məşqlərə başlayan məşhur üzgüçü Arizonadakı yarışlara qatılacaq.

Xəbər 1109 dəfə oxundu.