"Liverpul" "Barselona"nın qapıçısını istəyir
Mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən Viktor Valdez İngiltərədən təklif alıb.

"Liverpul" klubu 32 yaşlı qolkiperin xidmətində maraqlıdır.

Liverpul təmsilçisi artıq ispan qapıçının transferi ilə bağlı "Barselona"ya müraciət edib. Lakin hazırda zədəli olan Valdezin mövsümün sonunadək hansı komandaya üz tutacağı məlum deyil.

Qeyd edək ki, "Liverpul"la yanaşı, "Mançester Siti" və "Monako" klubları da Valdezlə yaxından maraqlanır.

Xəbər 920 dəfə oxundu.