“Turizm-diyarşünaslıq” yarışı keçirilib
Aprelin 19-da şəhərin Nəsimi adına parkında Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən şəhərin ümumtəhsil məktəbləri arasında Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Turizm-diyarşünaslıq” yarışı keçirilib.

Şəhərin 40 məktəbinin turist komandasının iştirakı ilə keçirilən yarışın “Əsasnamə”si hazırlanıb, bir ay qabaqcadan məktəblərə paylanıb, Gənc Turistlər və Diyarşünaslıq mərkəzində komanda rəhbərləri üçün seminar, yarış iştirakçıları üçün isə məşğələlər təşkil olunub. Yarış aşağıdakı nominasiyalar üzrə keçirilib.

Turist texnikası yarışı, diyarşünaslıq nominasiyası, tibb məntəqəsi nominasiyası, turist qəzeti müsabiqəsi.

Ümumi komanda hesabında birinci yerə 34 saylı, ikinciyə 18 saylı, üçüncü yerlərə 11 və saylı tam orta məktəblərin komandaları layiq görülüblər.

Birinci yerə çıxan komanda xüsusi hazırlanmış “Kubokla”, Sumqayıt şəhər Təhsil şöbəsinin, Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanları və Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin qiymətli hədiyyələrilə təltif olunublar. Ayrı-ayrı nominasiyalar üzrə Diyarşünaslıq nominasiyasında: TTEL, 25, 15,41№-li məktəblər, tibb məntəqəsi nominasiyasında: TETG,16,3, 26№-li məktəblər, Turist texnikası nominasiyasında: 29,24,17, 12 №-li tam orta məktəblər layiq görülüblər. 13, Təfəkkür, 4, 14,21, 23, 22, 19, 30,31.32, 33, 40,42,43,38№-li tam orta məktəbin komandaları fəqləndikləri üçün Şəhər təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.

Xəbər 1074 dəfə oxundu.