Ançelotti: "İstədiyimiz nəticəni əldə etdik"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qalib gəldikləri oyunu şərh edib.

İtaliyalı mütəxəssis 1:0 hesablı nəticədən məmnun qaldığını deyib:

"Futbolçularımın da çıxışından razı qaldım. İlk dəqiqələrdə rəqib daha üstün idi. Amma yaxşı müdafiə olunub, istədiyimiz nəticəni əldə etdik".

Təcrübəli çalışdırıcı cavab qarşılaşması haqda da danışıb: "Çox çətin matç olacaq. Buna görə də diqqətli olmalıyıq. Kimin finala yüksələcəyini bilmirəm, amma komandama güvənirəm".

Qeyd edək ki, bu komandaları arasına cavab qarşılaşması aprelin 29-da, Münhendə keçiriləcək.

Xəbər 965 dəfə oxundu.