Fabiano Karuana: “Dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir”
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin 4-cü turda İtaliya təmsilçisi Fabiano Karuanaya uduzan Maqnus Karlsen mətbuat konfransında suallara cavab vermişdir.

Dünya çempionu məğlubiyyətini braxdığı səhvlərlə izah etmişdir. M. Karlsen demişdir ki, debütdə səhvlərim oldu. Ötən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək oldu. Növbəti turlarda bunu unutdurmağa çalışacam.
M. Karlsenə qalib gələn İtaliya şahmatçısı Fabiano Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirmişdir: “Yaxşı oynayaraq qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. M. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub”.


Xəbər 1048 dəfə oxundu.