Boks üzrə rayon birinciliyi
İmişli rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 19-20 aprel tarixlərdə yeniyetmələr arasında idmanın boks növü üzrə açıq rayon birinciliyi keçirilib.

İmişli Olimpiya İdman Kompleksində təşkil olunmuş və iki gün davam edən yarışda 65 boksçu öz gücünü sınayıb.

Yekun nəticələrə görə hər yaş və çəki dərəcəsində birinci, ikinci və üçüncü yeri tutan boksçular, idarəmiz tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 902 dəfə oxundu.