Toni Adams istefa verdi

“Qəbələ” Futbol Klubunun baş məşqçisi Toni Adams 18 aylıq fəaliyyətinin ardından istefa verib. Bu barədə xəbəri idman.com.az saytına klubun mətbuat xidmətindən verilib. İngiltərəli mutəxəssis istefanın səbəbləri barədə belə deyib:
"Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəldim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” Futbol Klubunu tərk etmək məcburiyyətindəyəm. Çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəm hər zaman daha önəmlidir".
“Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov istefa ilə bağlı bunları bildirib: "Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” Futbol Klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək".

Xəbər 951 dəfə oxundu.