Quardiola mətbuat konfransında 4 dildə danışdı
Bavariyanın baş məşqçisi Xosep Quardiola Realla oyunöncəsi mətbuat konfransında 4 dildə danışıb.

43 yaşlı mütəxəssis suallara ingilis, ispan, alman və katalon dilində cavab verib.

Qeyd edək ki, bazar ertəsi keçirilən mətbuat konfransında Çelsinin baş məşqçisi Joze Mourinyo ispan dilində danışmaqdan imtina edərək sualları yalnız ingilis dilində cavablandırmışdı.

Xəbər 679 dəfə oxundu.