"Rəvan” hazırlıqlarını davam etdirir
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab görüşündə "Neftçi”ni qəbul edəcək "Rəvan” hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komadanın dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak ediblər. Cinah müdafiəçisi bugünkü məşqə də qatılmayacaq.

Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qəbələ” ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatıb. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, baş məşqçi Güvənç Kurtar aprelin 24-də "Bayıl Arena”da keçiriləcək "Rəvan” – "Neftçi” matçında daha iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər - Orxan Lalayev və Cəmşid Məhərrəmov zədə üzündən oyunu kənardan izləməli olacaqlar.

Xəbər 930 dəfə oxundu.