İki boksçumuz medalları özünə təmin etdi
İki boksçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyinin ən azı bürünc medalını özünə təmin edib. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq.

Komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq çəki dərəcəsində yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək.

Onlardan fərqli, superağir çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov 1/4 finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova uduzub – 0:3.

Gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq, mükafatçılar sırasına düşə bilməyib – 1:2.
Superağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov isə Rusiya boksçusu Marat Kərimxanovla döyüşdən məğlub ayrılıb.
Qeyd edək ki, Çində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyinə aprelin 24-də yekun vurulacaq.

Xəbər 1140 dəfə oxundu.