“Şahin”lər Respublika zona birinciliyinin qalibi olublar
Aprelin 16-da Salyan şəhərində keçirilən “Şahin” hərbi idman oyununun respublika zona birinciliyində Astara rayonunun “Şimşək” komandası (Şiyəkəran kənd 2 saylı tam orta məktəb) möhtəşəm qələbəyə imza atıb. Komanda 8 rayon komandası arasında birinci layiq görülüb və yarışların final mərhələsində iştirak etmək hüququ qazanıb.

Final yarışı ümummilli lider Heydər Əliyevin ad günü 9-10 may tarixlərdə Bakı şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək.

Komandamız yüksək nəticələr qazanması Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Astara Sərhəd Komendantlığı və eləcə də Şiyəkəran kənd 2 saylı tam orta məktəbin rəhbərliyi və reallaşmışdır.

Xüsusən Rayon Təhsil Şöbəsinin metodistləri Nizaməddin Ələkbərov, Rasim Cəfərov və Şiyəkəran kənd tam orta məktəbin Gənclərin çağırışa qədər hazırlığı üzrə müəllimi Həbib Həbibovun böyük zəhməti olmuşdur.

Xəbər 898 dəfə oxundu.