Masallıda rayon birinciliyi keçirilib
21-22 aprel tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəhər 2 saylı tam orta məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında cüdo üzrə rayon birinciliyi keçirilib.

11 çəki dərəcəsində 68 nəfər yeniyetmə və gəncin iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilib.

Sonda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 799 dəfə oxundu.