Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş rayon turniri
Aprelin 18-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş karate-do idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

Ağcabədi şəhər mərkəzi stadionunda 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Karate-do idman növünün inkişaf etdirilməsi olub.

Sonda Fazil Məmmədov, Toğrul Qənbərov, Ələkbər Quliyev, Vüsal Cəfərov, Adəm Məmmədov yüksək yerlərə layiq görülüblər.

Xəbər 900 dəfə oxundu.