Istanbul Bosphorus – Baku Fires: heyətlər məlumdur

Noyabrın 18-də İstanbulun Əhməd Cömərt İdman salonunda Ümümdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında Türkiyənin «İstanbul Bosphorus» və Azərbaycanın «Baku Fires» komandaları qarşılaşacaq. «Baku Alovları» İstanbula noyabrın 16-da yola düşəcək. Gorüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandaların heyətləri artıq məlumdur:
Istanbul Bosphorus - Baku Fires
54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan)
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan)

Qeyd edək ki, Qairbəy Qermaxanov, Əzəmat Murtuzəliyev və Hacı Murtuzəliyev Türkiyədə «Baku Fires»-ın heyətində ilk döyüşlərini keçirəcəklər. Semyon Qrivaçyov üçün bu artıq 4-cü matç olacaq. Ötən mövsümdə o iki qələbə qazanıb, bir dəfə məğlub olub. Məhəmməd Nurudzinov isə dörd döyüş keçirib və üç dəfə qalib qəlib.
Istanbul Bosphorus-un heyətində Avro-2011-in bürünc mükafatçısı Caba Xositaşvili və 2004-cü ilin Olimpiya Oyunlarında 2-ci yeri tutan Viktor Zuyevi qeyd etmək olar.
Xatırladaq ki, ilk turda «İstanbul Bosphorus» və «Baku Fires» fərqli nəticələr əldə ediblər. «Baku Fires» evdə Çinin «Wuxi Dragons» klubunu 5:0 hesabla darmadağın edibsə, «Istanbul Bosphorus» Fransada keçmiş mövsümün fınalçısı «Paris United» komandasına uduzub - 2:3. Qrupumuzun digər matçında Almaniyanın «Leipzig Leopards» klubu «Mexico City Guerreros» üzərində 4:1 hesablı qələbə qazanıb.

Xəbər 1067 dəfə oxundu.