AMKF-in prezidenti Yaşar Bəşirov mötəbər tədbirdə iştirak edib
Moskvanın Dövlət Kreml Sarayında döyüş növləri üzrə VII “Qızıl Kəmər” (“Золотой Пояс”) milli mükafatının təqdimetmə mərasimi keçirilib. Bu nüfuzlu tədbirə müxtəlif ölkələrdən görkəmli idman və ictimai xadimlər dəvət edilib. Hər il olduğu kimi Professional Döyüş Növləri Assosiasiyasının prezidenti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fəxri qonaq kimi təntənəli mərasimdə iştirak edib.

Mükafatları təqdim etməzdən əvvəl Rusiya Federasiyasının preizdenti Vladimir Putinin tədbir iştirakçılarına və laureatlara təbriki oxunub və rusiyalı döyüş ustalarının təqdimatında nümunəvi çıxışlar nümayiş etdirilib.

Rusiya Döyüş Növləri İttifaqının 2006-cı ildən təşkil etdiyi ənənəvi tədbirdə ilboyu xüsusilə fərqlənən idmançılar, məşqçilər və mütəxəssislər bir sıra nominasiyalarda mükafatlara layiq görülüblər. Onların arasında “İlin ən yaxşı məqçisi”, “İlin ən parlaq qələbəsi”, “Ənənələrə sədaqət” və “Vətənə xidmət” kimi nominasiyalar olub. Laureatların adları mükafatlandırılmaya qədər gizli saxlanılıb. Rusiya mediası birbaşa teleyayımla nümayiş olunan “Qızıl Kəmər” milli mükafatının təqdimetmə mərasiminə geniş yer ayırıb.

Xəbər 1115 dəfə oxundu.