“Synergy Baku” Fransa turunu başa vurdu
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizəni başa vurublar. Yarışın sonuncu, 5-ci mərhələsində iştirakçılar 97,5 km məsafə qət ediblər.

Komandamızın üzvlərinin çıxışına gəlincə, Maykl Şvayzer, Aleksandr Surutkoviç və Yan Sokol finişi liderlə eyni vaxtda – 2 saat, 8 dəqiqə, 5 saniyəyə keçiblər. Amma fotofinişə əsasən Şvayzer 7-ci, Surutkoviç 26-cı, Sokol isə 34-cü olub.

Ümumi sıralanmaya gəlincə, “Synergy Baku” üzvlərindən ən yüksək göstəriciyə Aleksandr Surutkoviç imza atıb – o qalibdən 1 dəqidə, 19 saniyə geri qalmaqla 23-cü yeri tutub.

Xəbər 731 dəfə oxundu.