"İnter" "Arsenal"ın hücumçusunu istəyir
"Arsenal" klubunun hücumçusu Lukaş Podolski mövsümün sonunda komandasını tərk edə bilər.

Polşa əsilli almaniyalı futbolçu ilə "İnter" klubu yaxından maraqlanır.

Milan təmsilçisinin direktoru Pyero Ausilio futbolçunun meneceri ilə danışıqlar aparır. Futbolçunun "Arsenal"da qalacağı da istisna olunmur. Belə ki, hücum xəttində ciddi sıxıntı yaşayan "topçular"ın baş məşqçisi Arsen Venger yeni mövsümdə də Podolskini komandada saxlamağı düşünür.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildə "Köln" klubundan "Arsenal"a transfer olunub.

Xəbər 825 dəfə oxundu.