Rüfət Hüseynov yarımfinala vəsiqə qazandı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib. İlk olaraq bolkçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib – 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq, dünya birinciliyinin medalını özünə təmin edib.

Bu gün daha 4 boksçumuz rinqə çıxacaq:

64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)

91 kq: Şükran Mehdiyev – Toni Filipi (Xorvatiya)

52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)

91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)

Xəbər 926 dəfə oxundu.