"Real" - "Bavariya" matçının hakimləri bəlli oldu
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Real" (Madrid) - "Bavariya" matçının hakimləri bəlli olub.

"Santyaqo Bernabeu"da baş tutacaq görüşü FİFA referisi Houard Uebb idarə edəcək.

İngiltərə təmsilçisinə Maykl Mallarki və Derren Kenn köməklik edəcəklər. İspaniyada keçiriləcək "Atletiko" (Madrid) - "Çelsi" oyunu isə isveçli Jonas Eriksona həvalə edilib.

Qeyd edək ki, "Atletiko" - "Çelsi" oyunu sabah, "Real" - "Bavariya" matçı isə biri gün axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 860 dəfə oxundu.