İdman sahəsinin ilk yazılı sənədi tapılıb
Tədqiqatçılar insanlıq tarixinin idman sahəsində ilk yazılı İlke sənədini tapıblar.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sənəd Miladdan əvvəl 267-ci ilə əsaslanır. Həmin sənəd ilk dəfə Misirdə bir güləş matçında meydana gəlib. İlke sözünün mənası "ümidsizliyə salan" deməkdir.

Bu sənədə görə, Misirdə gənclərin qatıldığı bir güləş turnirində finalçılardan birinin atası digər güləşçinin qəsdən məğlub olması üçün antrenörlərə pul təklifi edib.

Sənədin tərcüməsi zamanı ortaya çıxıb ki, matçda idmançı 3 dəfə məğlub olduğu halda həmin şəxs ona 3 min 800 drahma verəcəyini qeyd edib.

Qeyd edək ki, sənədin şifrəsini Oxford Universitetinin akademiki John Rea və London Universiteti professoru Dominic Rathbone açıb. Ən köhnə İlke sənədi isə təxminən 100 il əvvəl Misirdəki qazıntılar zamanı tapılıb, ancaq o bu günə qədər də tərcümə edilməyib.

Xəbər 911 dəfə oxundu.