Tomas Vermalen İtaliyada oynaya bilər
"Arsenal" klubunun müdafiəçisi Tomas Vermalen mövsümün sonunda komandadan ayrıla bilər.

Belçikalı futbolçu "Napoli" klubunun maraq dairəsinə düşüb.

Neapol təmsilçisi artıq futbolçu ilə danışıqlara başlayıb. Lakin 28 yaşlı futbolçu "Arsenal"da qalmaq istədiyi bildirilir. Belə ki, London klubundan yeni təklif alacağı təqdirdə Vermalen komandada qalacaq. Əks təqdirdə təcrübəli futbolçunun "Napoli"yə keçidi gerçəkləşə bilər. Bununla belə Vermalenin yeni mövsümdən karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Vermalen 2009-cu ildən "Arsenal"ın şərəfini qoruyur.

Xəbər 1377 dəfə oxundu.