Əziz Yıldırım yenidən həbs olunur
"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın yenidən həbsxanaya salınacağı gözlənilir.

Baş Prokurorluq Ə.Yıldırımın etirazlarını rədd edib və haqqında çıxarılan həbs qərarını qüvvədə saxlayıb.

Danışılmış oyunlarda ittiham olunan "Fənərbaxça" prezidentinin bundan sonra daha 2 il 2 ay həbsdə qalacağı bildirilir. Bu gün "Fənərbaxça"nın Samandıradakı məşqinə gedən Ə.Yıldırım futbolçularla görüşərək, onlardan halallıq istəyib.

"Günahmı işlədim ki, bağışlanma və ya təxirə salınma gözləyim. Qərarı verdilər, "qələmimizi qırıblar" onsuz da. Önəmli deyil. Cəzamız nədirsə, gedib çəkərik. Sizdən bir xahişim var ki, bundan sonrakı rəhbərlik kim olursa-olsun, onunla birgə "Fənərbaxça"nı layiq olduğu yerlərə daşıyın. Təkcə Türkiyədə deyil, Avropada da kubok qaldırın. "Fənərbaxça"nın buna ehtiyacı var. Deyəcəyim bu qədər. Yolunuz açıq olsun. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin".

Qeyd edək ki, Ə.Yıldırımın nə zaman həbsxanaya qaytarılacağı hələlik məlum deyil.

Xəbər 842 dəfə oxundu.