"Özil ilin ən yaxşı futbolçularından biri olacaq"
"Arsenal"ın baş məşqçisi Arsen Venger futbolçusu Məsut Özil haqda müsbət fikirlər səsləndirib.

Türkəsilli alman yarımmüdafiəçinin zədəsi səbəbindən mütəmadi olaraq matçlarda iştirak etmədiyini vurğulayan fransalı mütəxəssis onun bir az yorğun olduğunu deyib:

"Özil bir mövsümdə bütün matçlarda oynamağa öyrəşməyib. Fiziki cəhətdən yaxşı deyilsinizsə, istədiyiniz kimi çıxış edə bilməzsiniz.Ancaq bütün bunlara baxmayaraq, Məsut hər zaman öz səviyyəsini göstərib".

Özili möhtəşəm futbolçu adlandıran Venger bildirib ki, o, yeni mövsümün ən yaxşı oyunçularından biri olacaq:

"Məsut bu mövsümə yaxşı hazırlaşmamışdı. Amma onun böyük potensialı var. Bunu yeni mövsümdə sübut edəcəyinə əminəm. O, növbəti ilin ən yaxşı futbolçularından biri olacaq".

Xəbər 791 dəfə oxundu.