"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yeniləyir
"Qalatasaray" daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

İstanbul təmsilçisi bu dəfə Səbri Sarıoğlunu komandada saxlamaq istəyir. "Cim-Bom"un müdafiəçiyə 1+1 illik müqavilə təkif edəcəyi bildirilir.

Qeyd edək ki, 2003-cü ildən "Qalatasaray"da çıxış edən S.Sarıoğlunun təklifi müsbət cavablandıracağı gözlənilir.

Xatırladaq ki, klub Fernando Muslera, Burak Yılmaz, Səlçuk İnanla da sözləşməni uzatmaq üçün danışıqları davam etdirir.

Xəbər 854 dəfə oxundu.