Alleqri İngiltərə klubu ilə müqavilə imzaladı
"Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərə "Tottenhem"i ilə 2+1 illik ilkin müqavilə imzalayıb.

Təcrübəli mütəxəssis yeni mövsümün əvvəlindən Premyer Liqa təmsilçisini çalışdıracaq. Qəzet yazıb ki, "Tottenhem"in idman direktori Franko Baldini Alleqri ilə görüşərək italiyalı çalışdırıcı ilə müqaviləyə imza atıb.

Qeyd edək ki, "Tottenhem"in hazırkı baş məşqçisi Tim Şervuddur.

Xəbər 874 dəfə oxundu.