Ronaldo: "Bavariya" ilə oyuna hazıram" | |
Zədədən əziyyət çəkən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı oynayacaq. Bu barədə portuqaliyalı futbolçunun özü məlumat verib: "Vəziyyətim gündən-günə yaxşılaşır. Artıq heç bir ağrı hiss etmirəm. "Bavariya"ya qarşı oynamağa hazıram". Qeyd edək ki, "Real" (Madrid) - "Bavariya" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək. |
|
Xəbər 861 dəfə oxundu. |
|
|