"Qəbələ"nin məşqçiləri "Yuventus"un düşərgəsində
Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını ziyarət edib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ile tanış olan nümayəndə heyəti U-19, U-16 U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib. Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bugün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.

Qeyd edək ki, "Qəbələ"nin məşqçiləri sabah İtaliya çempionatının 34-cü turunda baş tutacaq "Yuventus"-"Bolonya" matçını izləyəcək.

Xəbər 977 dəfə oxundu.