“Şahinlər ” hərbi – idman oyunun final mərhələsi keçirilib
Aprelin 14-də Xəzər rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi məqsədi ilə rayon məktəbliləri arasında keçirilən “Şahinlər ” hərbi – idman oyunun final mərhələsi keçirilib.

230 saylı tam orta məktəbdə 29 tam orta məktəbin, ümumilikdə 493 nəfərin iştirakı ilə keçirilən yarışda birinci yerə 123, ikinciyə 26, üçüncüyə 149 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1527 dəfə oxundu.