Fənərbaxça Grundig finalda
Acıbadem kişilər voleybol liqasının pley-off oyunlarının yarı final matçı baş tutub.

İdman.com.az saytının məlumatına görə, Burhan Fələk idman salonunda baş tutan yarışda Arkassporu 3:0 hesabla məğlub edən Fənərbaxça Grundig finala yüksəlib.

Qeyd edək ki, Fənərbaxçanın finaldakı rəqibi isə Halkbank komandası olacaq.

Xəbər 971 dəfə oxundu.