Michael Phelps yenidən oyunlara qatılacaq
Michael Phelps yenidən oyunlara qatılacaq.

İdman.com.az saytının məlumatına görə, əfsanəvi üzgüçü 2016 Rio Olimpiya Oyunlarında mübarizə etmək üçün yenidən hovuza dönməyi planlaşdırır.

London Olimpiya Oyunları sonrası təqaüdçü olduğunu açıqlayan Michael Phelps uzun bir aradan sonra yenidən məşqlərə başlayıb.

Phelps aprelin 24-26-da Arizonada yarışlara qatılaraq rəsmi olaraq pensiya günlərinə son qoyacaq.

Phelpsin məşqçisi Bowman , "Michael bir müddətdir nizamlı olaraq məşq edir. Hal-hazırda yaxşı vəziyyətdədir. Ancaq Rioya qatılmağı düşünmədən əvvəl digər rəqiblərin nə vəziyyətdə olduğunu bilmək lazımdır. Arizonadakı yarışlar Michaelin gələcəkdə atacağı addımlar baxımından təyin edici olacaq".

Qeyd edək ki, o, Londonda 4 qızıl - 2 gümüş medal qazanaraq olimpiada oyunları tarixinin ən çox medal alan idmançısı ünvanını əlinə keçirmişdir. Ümumilikdə, Phelpsin 18 qızıl və 22 olimpiada medalı var.

Xəbər 1882 dəfə oxundu.