Fellayni zədəsini sağaldıb
“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellayni zədəsini tam sağaldıb.

Belçikalı artıq məşqlərə başlayıb və “Everton”la oyunda meydana çıxıb, ilk dəfə keçmiş komandasına qarşı oynuya bilər.

Keçən ilin avqust ayında “Everton”dan 27,5 milyon funta alınan futbolçu, keçən həftə Çempionlar Liqasında, məhz, zədəsinə görə “Bayern Münhen”lə oyunda meydanda yox idi.

Qeyd edək ki, Fellayni “Mançester Yunayted”də 20 oyunda meydana çıxıb və bir dəfə də olsun fərqlənə bilməyib.

Xəbər 876 dəfə oxundu.