"Mançester Siti" Tureni PSJ-yə satmayacaq
Fransanın PSJ klubu mövsümün sonunda "Mançester Siti"nin futbolçusu Yaya Tureni transfer etməyi planlaşdırır.

Paris təmsilçisi artıq bununla bağlı ingilis klubuna rəsmi müraciət edib.

Lakin "şəhərlilər" Tureni satmağı düşünmürlər. Yüksək məbləğ qarşılığında belə Tureni komandada saxlamağa çalışan "Mançester Siti"nin rəhbərliyi hətta futbolçunun maaşını da artırmağa hazır olduqlarını açıqlayıblar.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2010-cu ildə "Barselona"dan "Mançester Siti"yə transfer olunmuşdu.

Xəbər 814 dəfə oxundu.