Sokol 9-cu oldu
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizə aparır. İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn, həmçinin Konnor McConvey qoruyur.

Yarışın 183.5 km-dən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç, həmçinin Şvayzer qardaşları finişi eyni anda – 4 saat 8 dəqiqə 23 saniyəyə keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Sokol 9-cu, Surutkoviç isə 14-cü yeri tutub.

Bu nəticə “Synergy Baku”nun komanda hesabında 30 iştirakçı kollektiv arasında 4-cü yerdə qərarlaşmasına şərait yaradıb. Bu gün keçirilən 2-ci mərhələdə velosipedçilər 198 km məsafə qət etməlidirlər.

Xəbər 881 dəfə oxundu.