Azərbaycan güləşçiləri Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Aprelin 19-dan 24-dək Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında güləş üzrə Beynəlxalq turnir keçiriləcəkdir.
Kiçik yaşlı sərbəst güləşçilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də turnirdə iştirak edəcəklər.

Türkiyəyə məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında 8 idmançımız yollanacaqdır.

Turnirdə ölkəmizi Telman Əliyev, Əsgər Məmmədəliyev (hər ikisi 38 kq), Əşrəf Aşirov, Ramiz Həsənov (hər ikisi 42 kq), Simran Cəfərov (49 kq), Hüseyn Hüseynzadə (59 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) təmsil edəcəklər.

Xəbər 816 dəfə oxundu.