IV “Caspian Cup” beynəlxalq turnirinin iştirakçıları müəyyənləşib
Xəbər verdiyimiz kimi, mayın 29-dan iyunun 5-dək AFFA-nın təşkilatçılığı ilə Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ənənəvi IV “Caspian Cup” beynəlxalq turniri keçiriləcək.

Yarışın iştirakçıları müəyyənləşib. Turnirdə Azərbaycanın U-16 və U-17 komandaları, Yaponiya, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İran, Tacikistan, Qazaxıstan yığmaları mübarizə aparacaqlar.

Komandalar dörd qrupda yarışacaqlar.

Xəbər 883 dəfə oxundu.