İniyesta: "Toparlanmalı və bir yumruq olmalıyıq"
"Barselona" klubunun futbolçusu Andres İniyesta dünən Madrid "Real"ı ilə baş tutan kubok matçından sonra fikirlərini bölüşüb.

İniyesta klubun rəsmi saytına açıqlamasında məğlubiyyətə baxmayaraq komandasının sonadək mübarizə apardığını bildirib:

"Son zamanlar hər şey "Barselona" üçün pis gedir. Daha öncə Çempionlar Liqasında mübarizəni dayandırdıq, indi isə kubokun finalında "Real"a uduzduq. "Real"la görüşdə sonadək mübarizə apardıq, bütün gücümüzü ortaya qoyduq, ancaq hər şey elə epizod olaraq qaldı. Artıq toparlanmalıyıq və bir yumruq olmalıyıq. Bundan sonra La Liqada çempionluq uğrunda mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 789 dəfə oxundu.