İngiltərə Premyer Liqası: "Mançester Siti" xal itirdi
İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınan iki oyun keçirilib.

"Everton" doğma meydanda "Kristal Pelas"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" isə öz meydanında "Sanderlend"lə qarşılaşıb. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib -2:2.

16 aprel

İngiltərə Premyer Liqası


"Everton" - "Kristal Pelas" - 2:3
Qollar: Punçeon, 23 (0:1), Dann, 49 (0:2), Naysmit, 61 (1:2), Jerom, 73 (1:3), Miralyas, 86 (2:3)

"Mançester Siti" - "Sanderlend" - 2:2
Qollar: Fernandinyo, 2 (1:0), Uikem, 73 (1:1), 83 (1:2), Nəsri, 89 (2:2)

Xəbər 756 dəfə oxundu.