"Borussiya"nın finaldakı rəqibi "Bavariya" oldu
Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Son oyun günündə "Bavariya" öz meydanında "Kayzerslautern"i qəbul edib. Görüş Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Bavariya" finala adlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın komandası finalda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

16 aprel

Almaniya kuboku, yarımfinal

"Bavariya" - "Kayzerslautern" - 5:1


15 aprel

"Borussiya" (Dortmund) - "Volfsburq" - 2:0
Qollar: Mixtaryan, 13 (1:0), Levandovski, 43 (2:0)

Xəbər 840 dəfə oxundu.